Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
​Biz siyasi islahatların gözəl nəticəsini görürük

0

  •  ​ ​  ​ ​ Artıq bir ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə ölkəmizdə islahatlara başlanılmışdır. Məhz bunun nəticəsi idi ki, 09 fevral 2020-ci il tarixdə Azərbaycanda Parlament seçkiləri keçirildi. Həmin seçkidə xalq demokratik şəkildə seçki məntəqələrinə gedib özlərinin istədikləri namizədlərə səs verdilər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ Parlamentin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxış etdi. O, əvvəlcə yeni seçilmiş parlament üzvlərini təbrik etdi, onlara gələcək fəaliyyətində​ uğurlar arzuladı. O, qeyd etdi ki, parlament seçkiləri olduqca demokratik səviyyədə və insanların özlərini sərbəst şəkildə ifadə edə bilməsi şəklində keçirilmişdir. Bunu seçkilərə dəvət olunmuş beynəlxalq müşahidəçilər qrupu da təsdiq etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Prezident İlham Əliyev çıxışına davam edərək bildirmişdir ki, bütün bunlarla bərabər, bəzi​ müşahidə missiyaları da vardır ki, onlar ağa qara demək kimi şakərlərindən əl çəkməmişlər. Şəffaf və demokratik seçkilərin üzərinə kölgə salmağa çalışmışlar. 2018-ci ildə Ermənistanda keçirilən, başdan ayağa qanunsuzluqlar və saxtakarlıqlarla müşahidə olunan seçkiləri bəh-bəhlə nümunəvi seçki kimi beynəlxalq ictimaiyyətə nümayiş etdirməyə çalışan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu nəənsə Azərbaycanda keçirilmiş Parlament seçkilərinə kölgə salmağa çalışmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan fərqli olaraq daha bir beynəlxalq qurum - Avropa İttifaqı, bəyanat yaymışdır ki, Azərbaycanda yeni seçilmiş deputatlarla,​ parlamentlə işləməyə hazırdır. Bu isə yeni seçilmiş parlamentin və parlament üzvlərinin tanınması deməkdir. Göründüyü kimi bəzi qaragüruhçulardan fərqli olaraq dünyanın bir çox demokratik qurumları Azərbaycanda keçirilən demokratik Parlament seçkilərini Azərbaycan Prezidenti tərəfində başlanılmış islahatlar yolunda irəliyə doğru böyük bir addım kimi qiymətləndirmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Kimin nə düşünməsindən asılı olmayaraq, bizim üçün əsas prioritet vətəndaşlarımızın atdığımız addımlardan məmnun qalmasıdır. Ölkə Prezidenti Cənab İlham Əliyev çıxışına davam edərək, yeni seçilmiş millət vəkillərinin də qarşısında çox böyük işlərin durduğunu vurğulamışır. Xalq sizləri 1300 nəfərin içərisindən seçib etimad göstərmişdir. Göstərilən etimadı doğrultmaq sizlərin bir nömrəli vəzifəniz olmalıdır. Bunun üçün daim xalqın yanında olmalısınız. Onların hansı problemlərinin olmasını öyrənməli və arsdan qaldırılmasına yardımçı olmalısınız.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​             Prezident qeyd etmişdir ki, baxmayaraq ki, ordu quruculuğunda bir çox işlər görülmüşdür, biz yenə də​ bu sahəyə diqqəti azaltmamalıyıq. Çünki bizim qarşımızda işğal altındakı torpaqların nəyin bahasına olursa olsun azad edilməsi məsələsi durur. Hesab edirəm ki, yeni seçilmiş parlament bütün sahələrdə köklü islahatların aparılmasına təkan verəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Ölkə başçısının yeni seçilmiş Parlament üzvlərinin qarşısında proqram xarakterli çıxışı həm parlament üzvləri, həm də ölkə vətandaşları tərəfindən maraqla qarşılanmışdır. Məhz onun qarşıya qoyduğu məsələlər ölkədə həyata keçiriləcək islahatların daha sürətlə və uğurla davam edəcəyinə ən böyk işarə idi. Hazırda əldə olunan ilkin uğurlar islhatların müvəffəqiyyətlə davam etdiyini sübut edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​Çiçək Quliyeva,      Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib29 dəfə
    ​Biz siyasi islahatların gözəl nəticəsini görürük

    Maraqlı gələ bilər
    34
    32